Hesablama Palatası “Azərpoçt”da aparılan yoxlamalarla bağlı məlumatı təkzib edib. FED.az “Hesablama Palatası”nın yaydığı məlumatı təqdim edir.
“Ölkənin bir sıra xəbər portallarında Azərbaycan Respublikası Hesablama Palatasının “Azərpoçt” MMC-də nəzarət tədbiri aparması barədə yayılan xəbərlərə cavab olaraq bildiririk ki, informasiya həqiqəti əks etdirmir.
Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətini özünün təsdiq edilmiş İş planına müvafiq şəkildə təşkil edir və hal-hazırda “Azərpoçt” MMC-də audit aparmır” – deyə məlumatda qeyd olunur.
Hesablama Palatası “Azərpoçt” bağlı - MƏLUMAT YAYDI
10:30
9 İyul 2019