Azərbaycan Hesablama Palatasının 2017-ci il ərzində xərcləri 3 369 432 manat təşkil edib ki, bu da xərclər smetasının 88,14% icra olunması deməkdir.
Bu barədə Hesablama Palatasının 2017-ci il üzrə xərclər smetasının icrası haqqında məlumatda göstərilib.
Ştatda olan işçilərin əmək haqqı xərcləri 1 750 146 manat və ya 88,69% səviyyəsində, ştatdankənar işçilərin əmək haqqı xərcləri isə 35 564 mant və ya 80,21%, pensiyaya çıxan dövlət qulluqçularına müavinətlər üzrə ödənişlər 11 218 manat və ya 28,03%, iş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət 20 838 manat və ya 94,72% icra olunub.
Ölkədaxili ezamiyyələr üzrə xərclərdə 59 438 manat və ya 60,04%, xarici ezamiyyələrdə 74 480 manat və ya 99,07% icra qeydə alınıb. İcbari dövlət sığortası xərcləri 9 864 manat və ya smeta üzrə təsdiq olunanın 88,5%-i həcmində, bank xərcləri 7 488 manat və ya 77,17% icra olunub.