Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə 6 uyğunluq auditi üzrə 123.3 milyon manat pozuntu məbləği aşkar olunub.
Naxçıvan Təhsil və Kənd Təsərrüfatı nazirliklərində audit aparılır - Nöqsanlar məlum olub
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 8 aprel tarixində keçirilən 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Qeyd edilən vəsaitin 5,6 milyon manatı əməyin ödənişi üzrə, 14.7 milyon manatı Əmtəəsiz Əməliyyatlar, 8.5 milyon manatı kənd təsərrüfatına subsidiya və 94.5 milyon manatı digər maliyyə pozuntuları ilə əlaqədar olub.