Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:
Eləcə də bax: Palata 2 mərkəzi icra hakimiyyəti orqanında - YOXLAMA APARIB
- İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsinin səmərəliliyinə dair;
- Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair;
-2018-ci ildə keçirilmiş dövlət satınalmalarının qanunvericiliyə uyğunluğunun təhlilinə dair analitik fəaliyyət;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasına dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin cari məsələlər müzakirə edilərək aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.
Report