Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.
30 qurumda yoxlama aparılıb, sənədlər Baş Prokurorluğa göndərilib - SİYAHI
FED.az xəbər verir ki, kinostudiyanın direktoru Nazim Hüseynov bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.
"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib. (Apa)