Dövlət qurumlarında işində pozuntu aşkarlanmış cavabdeh şəxslərə qarşı, təşkilat rəhbərləri tərəfindən dövlət vəsaitinə nöqsanların xarakterinə və həcminə uyğun tədbirlər görülmür.
Eləcə də bax: Dövlət satınalmalarının 39%-i ictimaiyyətdən gizlədilib – HESABLAMA PALATASI
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, «Milli Məclis» jurnalına müsahibəsində bildirib. FED.az həmin müsahibəni təqdim edir.
- Hesablama Palatasının fəaliyyətinə dair hesabatını VI çağırış Milli Məclisə yeni seçilmiş millət vəkillərinin qarşısında ilk dəfə təqdim etdiniz. Hesabat, onun la bağlı deputatlar tərəfindən aparılan müzakirələr və hesabata münasibətdə fərqlilik nədən ibarətdir?
- Hesabat həm İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin-də, həm də plenar iclasda geniş müzakirə edildi. Dəyərli fikirlər səsləndirildi. Komitə iclasında dövlət vəsaitinin istifadəsi ilə bağlı aşkar olunmuş pozuntulara adi tapıntı kimi deyil, xarakte-rinə görə diqqətdə saxlanılması və ya ənənəvi “belə olmaz” ki-mi deyil, kompleks yanaşma, yəni başvermə səbəbləri və nədən qaynaqlandığı, eləcə də nöqsanların daha çox təkrarlanmasına son qoyulması və görülən tədbirlərin nəticəliliyinin artması prizmasından yanaşıldı. Millət vəkillərinin çıxışları bizdən daha sərt olmağımıza və qətiyyətli addımlar atmağımıza, artıq xərclə-rin bərpası ilə bağlı tədbirlərin gücləndirilməsinə köklənmişdi. Son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Pa-latası tərəfindən 130 mln. manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunmuşdur. Eyni zamanda, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanları-na göndərilmişdir. Bu materiallar da kifayət qədər maliyyə tu-tumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hü-quqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülmüşdür. Əlbətə ki, millət vəkillərinin bizim hesabatlara daha praktik və tələbkar yanaşmaları dövlət vəsaiti üzərində parlament nəzarə-tinin gücləndirilməsindən xəbər verir.
- Hesabatın hazırlanması və təqdimatı dövründə ölkədə mərkəzi və yerli icra hakimiyyəti orqan larında korrupsiya və rüşvət xorluqla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri aparıldı...
- Bəli, bu addımlar ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlarından, tapşırıqlarından nəticə çıxarmayan vəzifəli şəxslərə münasibətdə qəti mövqeyinin ifadəsidir. Ölkədaxili müxtəlif sə-viyyəli görüş və tədbirlərdə çıxışlarında cənab Prezident korrup-siya ilə mübarizə istiqamətində prinsiplərini daim səsləndirir, eyni zamanda, dövlət vəsaitlərinin, xüsusilə əhalinin sosial rifa-hına ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı barışmaz siyasətini bəyan edir. Bir məsələni bildirim ki, nəzarət orqanlarının fəaliyyəti ayrı-ayrı sahələri əhatə edir və hər bir nəzarət orqanı-nın bu fəaliyyətin icrasında istifadə etdiyi metodlar fərqlidir. Hesablama Palatasının funksiyaları dövlət vəsaitlərinin istifadə-sinə nəzarətlə bağlıdır və biz bu sahədə milli qanunvericiliyin bizə tanıdığı səlahiyyətlər çərçivəsində hərəkət edirik. Biz nəza-rət fəaliyyətimizi beynəlxalq standartlara əsaslanan metodolo-giyaya uyğun qurur, nəzarəti dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri əsasında tərtib olunan sənədlər üzrə həyata keçiririk.
- Prezident tərəfindən verilən tapşırıqların əsas məğzi dövlət vəsaitlərinin düzgün istifadəsi və vətəndaşlarla münasibətin sağ lam əsasda qurulmasıdır. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərində çoxsaylı pozuntular aşkar edilir və kifayət qədər böyük məbləğdə vəsait lərin artıq və əsassız ic-ra edildiyi müəyyən olunur.
- Ölkə rəhbərinin məsul şəxslərə yönəlmiş tapşırıqları əsas vəzifə kimi qəbul edilməli, rəhbərlik və idarəetmə bu prinsiplər əsa-sında qurulmalıdır. Cənab Prezidentin tələb və göstərişləri, həmçinin dövlət maliyyəsi sahəsində şəfafığın təmin olunması ilə bağlı verdiyi tapşırıqlar indiki dövrdə xüsusilə önəmlidir. Hər bir rəhbər şəxs dövlət maliyyəsinin idarə edilməsi üçün çox cid-di daxili nəzarət sistemi qurmalı, vəsaitlərin qənaətli istifadəsi sahəsində əməli addımlar atmalıdır ki, sonradan hər hansı ne-qativ halların yaranmasına yol verilməsin. Bir narahatedici faktı da deyim ki, işində pozuntu aşkarlanmış cavabdeh şəxslərə qar-şı təşkilat rəhbərləri tərəfindən dövlət vəsaitinə nöqsanların xa-rakterinə və həcminə uyğun tədbirlər görülmür. Təsəvvür edin ki, 20-25 min manat məbləğində artıq vəsait icrasına yol vermiş şəxslərə qarşı heç bir intizam tədbirinin görülməməsinə nə ad vermək olar? Mən hələ daha böyük məbləğləri demirəm. Hə-min məsul şəxslərin çox rahatlıqla fəaliyyətlərini davam etməsi və növbəti illərdə də həmin pozuntuların təkrarlanması görü-lən işlərə mənfi təsir etməsi fonunda müəssisə rəhbərlərinin bu şəxslərə qarşı davranışları barədə suallar doğurur.
- Vüqar müəllim, təkrarlanan nöqsanların qarşısının alınması üçün hansı addımların atılması vacibdir?
- İlk olaraq deyim ki, son illərdə aparılan tədbirlər və tədbirlərin nəticələri üzrə təhlillər göstərir ki, dövlət vəsaitlərinin icrasını tənzimləyən normativ hüquqi aktların yenilənməsinə, təkmil-ləşdirilməsinə, ümumiyyətlə, bu bazanın genişlənməsinə ciddi zərurət var. Qanunun fəaliyyətə deyil, fəaliyyətin qanuna uy-ğunlaşması lazımdır. Vəsaitlərin səmərəli və nəticəli istifadəsi, ilk növbədə, həmin vəsaitlərin qanunauyğun istifadəsindən ke-çir. Bu baxımdan həmin vəsaitlərin istifadə istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə şərait yaradan, norma müəyyən edən hüquqi baza nə qədər geniş və əhatəli olarsa, vəsaitlər də bir o qədər qanunauyğun icra edilər. Normativ hüquqi bazanın təkmilliyi vəsaitlərin icrası üzərində nəzarətin də fəaliyyətinə yardımçı olur, bu fəaliyyətin efektivliyini yüksəldir. İkinci əsas məsələ dövlət maliyyə nəzarətinin bütün mərhələlərində vahid yanaşma və bir-birini tamamlayan daxili və kənar nəzarət sis-temlərinin əlaqələndirilməsi ilə bağlıdır. Nəhayət, sonuncu isti-qamət hər bir təşkilatın fəaliyyətinin nəticə göstəriciləri əsasın-da qurulması, strateji sənədlərdəki hədəfərə uyğun müəyyən edilməsi və fəaliyyətlə bağlı mütəmadi hesabatlılığın təşkili və məsuliyyətin adekvatlığından keçir.
- Dövlət büdcəsinin 2019-cu ildəki icrası ilə bağlı nə deyə bilərsiniz?
- Ümumilikdə, 2019-cu ilin büdcəsinin icrası ilə bağlı Hesablama Palatasına daxil olmuş sənədlər əvvəlki illərin analoji sənədin-dən fərqlənmir. İlk olaraq bildirməliyəm ki, sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və təqdim olunmuşdur. Hesablama Palatası olaraq, səlahiyyətlərimiz çər-çivəsində və dövlət büdcəsinin il ərzində icrası ilə əlaqədar bizə göndərilmiş hesabat məlumatları əsasında apardığımız təhlillə-rə əsaslanaraq tərtib etdiyimiz rəydə büdcə parametrləri ilə bağlı gəldiyimiz qənaət və müvafiq tövsiyələr əks olunmuşdur. Həmin qənaətlərlə razılaşıbrazılaşmamaq, verdiyimiz tövsiyələ-ri qəbul edib-etməmək artıq parlamentin və hökumətin səla-hiyyətləri daxilindədir, qanunvericilik və icra hakimiyyəti or-qanlarının qənaətidir. Diqqətə çatdırmaq istərdim ki, cari təcrü-bə icra edilmiş dövlət büdcəsinin tam audit edilməsinə imkan yaratmır. Belə ki, büdcə vəsaitlərini istifadə edən qurumlar tə-rəfindən maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı müəy-yən olunmuş son tarix rəyin təqdim edilməsi zamanı həmin he-sabatların dürüstlüyünün, göstəricilərin həmin hesabatlarda dəqiq əks etdirilib-etdirilməməsinin yoxlanılmasına imkan ver-mir və bu, dövlət büdcəsinin icrası üzrə qanuna dair hazırlan-mış sənədin də rəy olaraq tərtibinə mane olur. Bu baxımdan dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi-nin daha gec tarixlərə, bir çox ölkələrdə, həta MDB-yə üzv döv-lətlərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirə edildiyi müddətə təyin olunması məqsədəmüvafiqdir. Belə yanaşma millət vəkillərinə növbəti ilin büdcə parametrləri üzrə daha çox məlumatlar əsasında qərarların qəbul edilməsi-nə şərait yaratmış olar.
- Hesablama Palatası fəaliyyə tinin gücləndirilməsi və daha efektiv olması üçün daha nələr etməlidir? Sonda istərdim bu barədə fikirlərinizi bölüşəsiniz.
- 2018-ci ildə qəbul edilmiş “Hesablama Palatası haqqında” Qanun şübhəsiz, özündən əvvəlki normativ sənəddən fərqlənir. Lakin bu qanuna ali audit orqanları ilə bağlı dünyada qəbul edilmiş bəzi səlahiyyətlərin və maddələrin əlavə olması zərurəti yaranmışdır. Bu baxımdan hazırda fəaliyyətimizi tənzimləyən qanuna bir sıra dəyişikliklər və əlavələr də hazırlamışıq. Həmin təklifərin qəbulu, fikrimizcə, ümumilikdə maliyyə nəzarətini gücləndirməklə son nəticədə maliyyə inzibatçılığı sisteminin təkmilləşdirilməsinə yardımçı olar. Bu istiqamətdə ikitərəfi və çoxtərəfi əməkdaşlıq imkanlarından, beynəlxalq təşkilatlarla iş birliyindən də istifadə edilir. Hazırladığımız dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatə olunma dairəsinin genişlənməsi, verilən qərarların nəticəliliyinin yüksəldilməsi, parlament nəza-rətinin möhkəmlənməsi və institusional çərçivənin artırılması ilə bağlıdır. Digər bir istiqamət kimi, inzibati resursların məh-dudluğunu vurğulamaq istərdim. Müqayisə üçün bir faktı göstərim ki, hazırda Hesablama Palatasının inzibati resursları, illik büdcəsi, büdcə təşkilatlarının sayı və digər analoji göstəriciləri bizim ölkədən daha az olan Gürcüstan, Qırğızıstan və Moldova-nın uyğun funksiyalı qurumunun ştat sayından kifayət qədər azdır. İnzibati resurslar təşkilatın vəzifə və funksiyaları ilə uyğun olmalıdır ki, ondan tələb ediləni qarşılaya və ölkədə aparılan islahatlara adekvat töhfəsini verə bilsin.