Hesablama Palatası 2020-ci ili 71 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 118 min manat zərərlə çıxmışdı.
Eləcə də bax: Hesablama Palatasının geniş tərkibdə Kollegiya iclası - Keçirilib
FED.az xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 7,438 milyon manat (əvvəlki illə müqayisədə 32,1% çox) gəlir əldə edib ki, bunun da, 7,338 milyon manatı (30,4% çox) qeyri-birja əməliyyatlarından, 100 min manatı (əvvəlki il olmayıb) isə sair əməliyyatdan əldə olunub.
Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,367 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,2% çoxdur. O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 2,8 dəfə azalaraq 35 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 37,4% artaraq 6,809 milyon manat, amortizasiya xərcləri 3,8% azalaraq 209 min manat, sair əməliyyat xərcləri isə 34,4% azalaraq 314 min manat olub.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,723 milyon manat olub ki, bu da illik müqayisədə 11,1% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 29,9% azalaraq 14 min manata düşüb, balans kapitalı (xalis aktivləri) isə 1,3% artaraq 5,709 milyon manata çatıb. (Report)