“Hesabat ilində 11 maliyyə auditi keçirilib. 2021-ci ildə maliyyə auditi üzrə 600 min manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib”.
Eləcə də bax: Hesablama Palatası Təhsil Nazirliyində pozuntular - AŞKARLAYIB
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.
“Həyata keçirilən uyğunluq auditləri hüquqi aktlarda bəzi meyarların təsbit olunmadığını göstərir. Ümumilikdə həyata keçirilən uyğunluq auditi üzrə 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib”, - o, bildirib. (Report)