Hesablama Palatası Naxçıvanda Dövlət Proqramının icrasına dair təhlilin nəticələrini açıqlayıb.
Hesablama Palatası nöqsanları sistemləşdirmək üçün yeni mexanizm hazırlayır
FED.az xəbər verir ki, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramının icra vəziyyətinə dair təhlilin nəticələrini açıqlayıb.
Noyabrın 27-də Naxçıvanda keçirilən iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023–2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyəti barədə təqdimat edib.
Bildirilib ki, son 2 il 6 ayda proqram çərçivəsində 57,1 milyon manat vəsait xərclənib. Təhlil nəticələrinə əsasən, iqtisadi yönümlü tədbirlərin icrasına daha çox önəm verilməsi, proqramdakı bəzi tədbirlərin real tələbat əsasında yenidən nəzərdən keçirilməsi və fəaliyyət göstəricilərinin optimallaşdırılması tövsiyə olunub.
Tədbirdə rəsmilər Dövlət Proqramının Naxçıvanın ölkə iqtisadiyyatına inteqrasiyasına mühüm töhfə verdiyini qeyd ediblər.









