Hesablama Palatası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda (MKSİF) audit keçirəcək.
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
FED.az xəbər verir ki, bunu Palatadan bildiriblər. Qeyd edilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna işğaldan azad olunmuş bəzi kəndlərin layihələndirilməsi və tikintisinə ayrılan dövlət investisiyalarının auditi nəzərdə tutulub. Audit 2024-cü ilin iş planına əsasən aparılır.
Qeyd edək ki, MKSİF Cəbrayılın Şükürbəyli kəndində 93 evin tikintisi ilə bağlı 14,56 milyon manatlıq, 48 evin tikintisi ilə bağlı isə 7,7 milyon manatlıq tenderlər keçirib. Satınalma müqaviləsi üzrə orta hesabla bir evə ayrılan xərc 156-159 min manat təşkil edir. (Apa)