2024-cü ildə dövlətin payı olan müəssisələr büdcəyə 577,8 milyon manat dividend ödəyiblər. Bu rəqəm proqnozla müqayisədə 19,5 milyon manat və ya 3,5 faiz artıqdır.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və həmin ilin büdcə icrasına dair illik hesabatına rəydə bildirilir.
Hesablama Palatası bildirir ki, 2024-cü ildə dövlət şirkətləri arasında büdcəyə ənçox dividendi Azərbaycan Beynəlxalq Bankı - ABB (169,4 milyon manat), Dövlət Neft Şirkəti (ARDNŞ) (407,9 milyon manat) və “Aqrarkredit” QSC (0,5 milyon manat) ödəyib.
Bununla belə, Hesablama Palatası bəzi çatışmazlıqlara da diqqət çəkib. Belə ki, 2023-cü maliyyə ilində mənfəət əldə etmiş “Azər-Türk Bank” 2024-cü ildə dividend ödənişi etməyib.
Bundan əlavə, ARDNŞ tərəfindən ödənilən dividendlərin uçotunda da düzgünlük təmin olunmayıb.
Palatanın rəyi ondan ibarətdir ki, dividend gəlirlərinin artırılması üçün əlavə resurslar mövcuddur və bu sahədə mövcud potensialdan tam istifadə edilməyib. Bu da büdcəyə daxilolmaların artırılması üçün gələcəkdə təkmilləşdirilməli olan bir istiqamət kimi qiymətləndirilir.