Hesablama Palatası 2019-cu ildə dövlət qurumlarında aparılan audit nəzarəti zamanı 500-dən artıq pozuntu hallar aşkar edib.
Eləcə də bax: Palata 75 milyon manat - SƏMƏRƏSİZ XƏRCLƏR AŞKAR EDİB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitə iclasında Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı ilə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən edilmişdir ki, bu bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9%, nöqsan sayı isə 21,4% azalmış, nəticədə 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3,0% təşkil etmişdir.
Palata sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə və eləcə də, mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir: «Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir»-deyə Palata sədri bildirib.