"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bazar dəyişikliklərinə gec reaksiya verməsi onun büdcədənkənar xərclərini artırıb".
Eləcə də bax: Dövlət Neft Fondu defisitdən profisitə - KEÇİB
FED.az xəbər verir ki, Hesablama Palatası (HP) bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.
HP-nin rəyində bildirilir ki, Fondun son illərin büdcədənkənar əməliyyatları üzrə volatillik müşahidə edilib. Belə ki, qızılın qiymət dəyişilməsindən fərq müsbət olsada, valyuta məzənnələrinin dəyişməsindən son 4 ildə ümumilikdə 2 266,2 mln. manata yaxın büdcədənkənar xərc yaranıb.
“Müşahidə və təhlillər nəticəsində Fond tərəfindən investisiya siyasətinin tələbləri ilə bağlı bazar dəyişikliyinə qarşı vaxtında reaksiya verilməsinin məhdudlaşması nəticədə valyuta məzənnələrinin dəyişməsi ilə bağlı büdcədənkənar xərclərin artmasına şərait yaradıb”,-deyə Palatanın rəyində bildirilib.
Qurumdan onu da əlavə ediblər ki, investisiya siyasəti müəyyən edilərkən Fondun idarəetmə çevikliyinin artırılması və büdcədənkənar xərclərlə bağlı risklərin minimumlaşdırılması məqsədilə valyuta tərkibi ilə bağlı konkret tələblərlə bağlı məsələlərə sistemli formada yenidən baxılmasının aktuallığını göstərir. (Apa)