Hesablama Palatası İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üzrə audit keçirib.
“Azərbaycan İnvestisiya Şirkəti” tərəfindən 560 milyon manatlıq layihələr - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
"Auditlə əhatə olunan dövrdə şirkətin gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması, likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişiklilər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərinin maliyyə vəziyyəti əsasən qənaetbəxş olmayıb, bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri layihələrin nominal dəyərindən aşağı olub, səhm və pay qoyuluşu portfelindəki yalnız 1 müəssisə şirkətə dividend ödəyib. Həmçinin, portfel şirkətlərinin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub", - deyə sənəddə qeyd olunub.