Hesablama Palatasının keçən il apardığı uyğunluq auditlərindən 14-də əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Başqa sözlə, artıq ştatların saxlanılmasına 2.1 milyon manat, davamiyyəti olmayanlara 4,2 milyon manat, vəzifəyə təyin edilən ali təhsili və ya müvafiq ixtisası olmayanlara əməkhaqqı qismində 0,5 milyon manat, nəzərdə tutulmadığı halda 0,5 milyon manat mükafat və maddi yardım, dövlət qulluqçusu olmayanlara 0,3 milyon manat əsassız ödəniş, məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanmaması nəticəsində 0,5 milyon manat, hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi nəticəsində 1,5 milyon manat, əməyin ödənişi ilə bağlı digər maliyyə pozuntuları nəticəsində 0,1 milyon manat, ümumilikdə 9,7 milyon manat əsassız vəsait ödənilib. (Apa)