Banner

Maliyyə

Hərraclarda satılmış dolların məbləği açıqlandı - 2 DƏFƏ ARTIB

Hərraclarda satılmış dolların məbləği açıqlandı - 2 DƏFƏ ARTIB | FED.az
16:40 26 Aprel 2019

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin mart ayı ərzində 600,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə FED.az-a ARDNF-dən bildirilib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fevral ayı ilə müqayisədə Martda valyuta satışı təxminən 2 dəfə artıb.

2019-cu ilin Yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

3 ay ərzində Neft Fondu tərəfindən 1 milyard 551,6 milyon dollar vəsait satılıb.

Bu gün keçirdiyi mətbuat konfransında Elman Rüstəmov bildirmişdir ki, ilin ötən dövründə keçirilmiş 30 hərrac vasitəsilə təxminən 1,9 milyard dollar valyuta satılıb, bu da nəzərdə tutulmuş satış plandan təxminən 100 milyon dollar azdır.

Digər xəbərlər

Banner