Maliyyə

Hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib | FED.az
11:59 7 May 2018

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən FED.az-a verilən xəbərə görə, hərracda tələb 917,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,62 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Digər xəbərlər