«Level Leasing» ASC-nin səhmdlarının pay bölgüsü dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin sonunda şirkətin səhmlərinin 52%-i Mənzər Qarayevaya, 38%-i «Hermes Finance» OJSC-ə, 10%-i Rəqsanə Məmmədovaya məxsus olub.
2024-cü ildə şirkətin səhmlərinin 52%-i Mənzər Qarayevaya, 10%-i Rəqsanə Məmmədovaya, hərəsi 19% olmaqla Elmira Rzayevaya və Solmaz Quliyevaya məxsus idi.
Yəni «Hermes Finance» şirkətin Elmira Rzayeva və Solmaz Quliyevaya məxsus olan 38%-lik payı alıb.
Qeyd edək ki, «Level Leasing» ASC-də səhmdarların kapitalı 1 milyon 50 min manatdır.














