“Səhiyyə sahəsinin texniki təminatının yaxşılaşdırılması və orqan transplantasiyası ilə bağlı məsələyə gəlincə, 5 ildə ərzində səhiyyə xərcləri 2,5 dəfə artıb”.
Eləcə də bax: Samir Şərifov qazın qiymətinin artmasının səbəbini - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə deputatların büdcə müzakirələri zamanı qaldırdığı problemlərə cavab verərkən deyib.
O bildirib ki, bu istiqamətdə işlər davam edəcək: “İmkanlarımızı qiymətləndirməliyik. Xərclərin artırılması maliyyə təminatı yarada bilər. Ancaq bunun nəticəsində biz nə alacağıq, o araşdırılır. Dializ və böyrək çatışmazlığı ilə bağlı mütəxəssislərin rəyi olmalıdır.
Təhsil sahəsində məqsədyönlü islahatlar aparılmaqdadır. Güman edirəm ki, digər sahələrdə dəstəkləyici tədbirlər həyata keçirilməklə maliyyə təminatı aparıla bilər. Bütün məsələləri eyni vaxtda həll etməyə heç bir dövlətin büdcəsi yetməz”.