Honq Konq hakimiyyəti pandemiya zamanı istehlakı stimullaşdırmaq üçün bu il Çinin bu xüsusi inzibati bölgəsinin sakinlərinə yenidən elektron kuponlar paylayacaq.
FED.az xəbər verir ki, çərşənbə günü maliyyə katibi Paul Chan bildirib ki, bu, adambaşına 10,000 Honq Konq dolları (1,280 dollar) deməkdir ki, bu da keçən illə müqayisədə iki dəfə çoxdur.
“Keçən il biz ilk dəfə olaraq istehlak çeki sxemini təqdim etdik. O, bazar əhval-ruhiyyəsinin yüksəldilməsində, yerli istehlakın stimullaşdırılmasında və iqtisadi bərpanın sürətləndirilməsində təsirli olmuşdur. Bu, həm də elektron ödənişlərin genişlənməsinə öz töhfəsini verdi”, - Paul Chan deyib.
Yaşı 18-dən yuxarı olan hər bir Honq-Konq daimi sakininə hissə-hissə 10.000 Honq-Konq dolları çeki veriləcək.
Ödənişlərin birinci mərhələsi apreldə, ikinci yarımillik - ilin ortalarında başlayacaq. Nazir bildirib ki, proqram büdcəyə 66,4 milyard Honq-Konq dollarına (8,5 milyard ABŞ dolları) başa gələcək.
Honq-Konq Çinin xüsusi inzibati bölgəsidir. (Marja)