Azərbaycanın Tarif (qiymət) Şurasının Katibliyi yaydığı məlumatda bildirilir ki, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
FED.az xəbər verir ki, buna əsasə olaraq qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilməsi göstərilib.
Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Beləliklə, yanvarın 1-dən avtomobil sahibləri 20 litr benzini və ya 10 litr dizeli 1 manat daha baha alacaqlar.










