Ötən ilin əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmov adlarını açıqlamayaraq maliyyə vəziyyəti zəif olan bir neçə bankın nəzarətə götürüldüyünü, kapitalın artırılması üçün səhmdarlarına vaxt verildiyini bildirmişdi.
Eləcə də bax: "Müəyyən bankların bağlanması problemli kreditlərin payını azaldıb"
FED.az xəbər verir ki, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hələ də həmin banklar xüsusi nəzarətdədirlər:
“Banklarla iş prosesi gedir, keçən il onlarda kapitallaşma prosesi getdi. Proses dinamikdir. Mövcud şəraitdə bütün banklarda portfelin pisləşməsi prosesi gedir. Xüsusilə, pandemiyada zərər çəkmiş sektorlara verilmiş kreditlərə aiddir. Hamıya aydındır, onlar bu kreditləri qaytarmaqda çətinlik çəkirlər, onlar işləməyi gözləyirlər. Xidmət sektoruna verilmiş kreditlərdir, zəncirvari reaksiya ilə bütün sektorlara toxunur. Açıq da deyim ki, çatdığımız nəqtədən bir az da geriləmə baş verib. Obyektiv olaraq pandemiyanın yaratdığı problemlərdir. O banklarda yaxşılaşma var, amma problem tam aradan qaldırılmayıb, ona görə də onlar xüsusi nəzarətdədirlər. Onların səhmdarları ilə iş davam edir, bu yaxınlarda biz məsələni Maliyyə Sabitliyi Şurasının iclasında geniş müzakirə etmişik”,- Elman Rüstəmov deyib.