Bu ilin fevral ayında fiziki şəxslərin depozitləri 1% artaraq 16 milyard 914 milyon manatdan 17 milyard 140 milyon manata yüksəlib. FED.az xəbər verir ki, bir ay ərzində depozitlər rəqəmlə ifadədə 226 milyon manat çoxalıb.
Maraqlıdır ki,bir ay ərzində depozitlərin həcmi 1% artığı halda, depozitlər üzrə faizlərə çəkilən xərclər 2 dəfədən çox yüksəlib. Beləki, 2018-ci ilin yanvar ayında banklar depozitlər üzrə faizlərin ödənilməsinə 32 milyon manat xərclədikləri halda, fevral ayında bu xərclər 64 milyon manat göstərilir.
Ümumilikdə bankların faiz və onlarla bağlı xərcləri isə 101 milyon manat olub.
Həcmi 1% artıb - XƏRCLƏRİ 2 DƏFƏ
12:09
5 Aprel 2018