"2019-cu ildə OPEC+ çərçivəsində neft hasilatının azaldılması imkanlarından danışmaq hələlik çox tezdir. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir".
FED.az xəbər verir ki, bunu “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov RiA “Novosti” agentliyinə açıqlamasında bildirib.
Bazar günü Əbu-Dabidə OPEC+ ölkələrinin nazirlər səviyyəsində monitorinq komitəsinin iclası keçirilib. İştirakçılar 2019-cu ildə neft bazarında ehtimal olunan mümkün təkliflərin artımını qeyd ediblər, lakin hələlik hasilatın azaldılmasını təklif etməyiblər və bazarın monitorinqini davam etdirməyə qərar veriblər.
“2019-cu ildə OPEC+ çərçivəsində neft hasilatının mümkün azaldılması imkanlarını necə qiymətləndirirsiniz?” sulalına V. Ələkbərov bildirib ki, hələlik bu barədə danışmaq çox tezdir: “Neftin qiyməti kifayət qədər yüksəkdir. OPEC+ ölkələri arasında sazişin saxlanılması özü çox vacibdir. Bazarı monitorinq etmək imkanı mövcuddur. Biz OPEC+ qərarlarını dəstəkləyirik”,- o əlavə edib.