“Dollar satışında məhdudiyyət tətbiq edilmir və edilməyəcəkdir”
“Hazırda banklarda dolların satışında limit mövcud deyil, vətəndaşlar qaydalara müvafiq olaraq istədikləri məbləği ala bilərlər”.
Eləcə də bax: "Tezliklə banklarda - NÖVBƏLƏR BİTƏCƏK"
FED.az məlumat verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Niriyev bildirib.
“Vətəndaşlar 500 dollara qədər məbləği şəxsiyyət vəsiqəsiz əldə edə bilərlər. 20 min manat ekvivalentində ABŞ valyutası alışı zamanı (11 750 dollaradək) isə vətəndaş ona təqdim edilən xüsusi formada gəlirin mənşəyini və valyutanın hansı məqsədə alınmasını göstərilməlidir. 20 min manat ekvivalentindən yuxarı məbləğlər isə çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri çərçivəsində satılır. Alıcı pulun mənşəyini dəqiq göstərməlidir. Banklar “müştərini tanı” prinsipi əsasında, əgər qaydalara uyğundursa tələbi ödənilir, əgər uyğun deyilsə Maliyyə Monitorinqi Xidməti məlumatlandırılır. Xidmətin verdiyi cavab əsasında müştəriyə xidmət göstərilir. Məhdudiyyət dediyimiz qanunvericiliyin tələbləridir. Bundan kənar, məhdudiyyət tətbiq edilmir və edilməyəcəkdir. Vətəndaşlar 20 min manata qədər olan xarici valyutanı sadəcə formanı doldurmaq yolu ilə əldə edə bilərlər. Xüsusi formada gəlirin necə əldə etdiyini - əməkhaqqısı olduğunu, daşınmaz əmlakını və ya avtomobilni sataraq əldə etdiyini və s. göstərməlidir”, - Z. Nuriyev deyib.
Zakir Nuriyev əlavə edib ki, vətəndaşlar limit məhdudiyyəti ilə qarşılaşdıqda Mərkəzi Banka və Azərbaycan Banklar Assosiasiyasına müraciət edə bilərlər: “Əgər hansısa bank filialında dollar alışında məhdudiyyət varsa, məlumat verilsin, biz dərhal həmin məhdudiyyətin aradan qaldırılmasını həyata keçirəcəyik. Haradasa məhdudiyyət texniki səbəblərə görə yarana bilər, “dollar yoxdur” söhbəti yalandır”.
Zakir Niriyev qeyd etdi ki, əvvəlki günlər ilə müqayisədə banklara dollar almaq üçün üz tutanlar kəskin azalıb. Buna səbəb hökumətin rahatlaşdırıcı açıqlamaları və addımlarıdır. Mərkəzi Bankda keçirilən valyuta hərraclarında bankların tələbi tam ödənilir.
Xəbər verdiymiz kimi, banklar şənbə və bazar günləri də xidmət göstərəcəklər. Əhalinin xarici valyutaya olan tələbinin ödənilməsi üçün bu gün keçirilmiş valyuta hərracında bankların tələbi tam ödənilmişdir.
Marja