2025-ci il ərzində Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanan layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 707 milyon manat güzəştli kredit alıb
"FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fondun məlumatına görə, həmin dövr ərzində verilən güzəştli kredit məbləğinin isə 89,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
















