Bu ilin yanvar-iyun ayları ərzində verilən güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsündə 26,7 milyon manat Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 76 milyon manat isə digər regionların payına düşüb.
Azərbaycanda I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayı ərzində sahibkarların 2744 layihəsinin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 1556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.