2024-cü ilin on ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verib.
İstixana təsərrüfatının inkişafı layihəsi üzrə güzəştli kredit ayrıldı
FED.az xəbər verir ki, Fondun məlumatına görə, bu müddət ərzində verilmiş güzəştli kreditlərin regionlar üzrə saya görə bölgüsündə 4,6 faizi Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 95,4 faizi isə digər regionların payına düşüb.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləğə görə bölgüsündə isə 22,8 faizi Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 77,2 faizi isə digər regionların payına düşüb.