Bu ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro sahibkarlıq subyektlərinə 141,5 milyon manat güzəştli kredit verilib ki, bu da qeyd olunan dövr ərzində verilən ümumi kredit məbləğinin 96 faizini təşkil edib.
Güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsü - AÇIQLANIB
FED.az Fonda istinadən xəbər verir ki, cari ilin ilk 11 ayında ümumilikdə sahibkarların 2840 layihəsinin maliyyələşdirilməsinə 147,4 milyon manat güzəştli kredit ayrılıb. Ümumi kredit məbləğinin 2,8 faizi və ya 4,12 milyon manatı kiçik, 1,2 faizi və ya 1,76 milyon manatı isə orta sahibkarlıq subyektlərinin payına düşüb.