Bu ilin yanvar-oktyabr aylarında sahibkarların investisiya layihələrinə verilən güzəştli kreditlərin sayına görə 5 bank fərqlənib.
Azərbaycanda 10 ayda 188 milyon manatdan çox güzəştli kredit verilib
FED.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumatına görə, hesabat dövründə "Bank Respublika" üzrə kreditlərin sayı 1511 vahid, "Rabitəbank" üzrə 1041 vahid, "AccessBank" üzrə 714 vahid, "Yelo Bank" üzrə 444 vahid və "Aqrarkredit" üzrə 260 vahid təşkil edib.
Sahibkarlara verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarının siyahısına isə "Bank Respublika" (45 milyon manat), "Rabitəbank" (28,2 milyon manat), "AccessBank" (20 milyon manat), "Kapital Bank" (18 milyon manat) və "Yelo Bank" (16,3 milyon manat) daxildir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verilib. Sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.