Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2023-cü ildə 101 milyon dollardan çox artıb.
Gürcüstanda tikinti amnistiyası - QANUNSUZ TİKİLƏN EVLƏRƏ SƏNƏD VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının statistik məlumatlarında yer alıb.
Bildirilir ki, 2023-cü ilin dekabrına ölkənin beynəlxalq ehtiyatları 5,003 milyard dollara çatıb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101,5 milyon dollar çoxdur. 2022-ci ilin dekabr ayının sonunda ölkənin valyuta ehtiyatlarının həcmi 4,901 milyard dollar təşkil edib.
Qeyd olunur ki, Gürcüstan Milli Bankı qızıl şəklində vəsait saxlamır. (Azərtac)