Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan şərab idxalını - 21% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, borcun məbləği sentyabrda dəyişməyib.
Gürcüstanın ümumi xarici dövlət borcu isə 7,9 milyard dollara bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.
Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə (8,529 milyon dollar), Rusiya (31,57 milyon dollar) və Ermənistana (4,21 milyon dollar) olan borcu da aylıq müqayisədə dəyişməyib.