Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi pul siyasəti dərəcəsini (yenidən maliyyələşdirmə dərəcəsini) 0,5 faiz bəndi azaltmaq qərarına gəlib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, Bank pul siyasəti dərəcəsini 10%-dən 9,5%-ə endirib.
Milli Bankın məlumatına görə, bu ilin noyabrında Gürcüstanda inflyasiya gözləniləndən çox azalaraq 0,1% təşkil edib.
“Baza inflyasiyası da aşağı tendensiyasını qoruyub və noyabr ayında 1,8 faiz təşkil edib. Aşağı inflyasiyanın səbəbi həm yerli, həm də xarici amillərdir. Sərt pul-kredit siyasəti nəticəsində inflyasiya gözləntiləri azalır. Eyni zamanda, yerli istehsal məhsulları üzrə inflyasiya noyabrda 3 faizlik hədəfə tədricən yaxınlaşaraq 3,8 faiz təşkil edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, müsbət tendensiyalarla yanaşı, inflyasiya riskləri də qeyd edilməlidir.
“İnflyasiya risklərini nəzərə alaraq, pul siyasətinin dərəcəsi azalmaya baxmayaraq, hələ də yüksək səviyyədə qalır və Milli Bank yenilənmiş inflyasiya proqnozlarına uyğun olaraq onu yalnız ləng templə normallaşdırmağa davam edəcək”, - məlumatda qeyd olunur.
Pul Siyasəti Komitəsinin növbəti iclası 31 yanvar 2024-cü il tarixində keçiriləcək. (Marja)