Ötən ay beynəlxalq valyuta bazarlarında Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi demək olar, dəyişməz qalıb.
Eləcə də bax: Azərbaycanda dollar almaq - Daha Da Çətinləşdirilib
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının aylıq hesabatında bildirilib.
Sənədə əsasən, martda Gürcüstanın milli valyutası olan lari ABŞ dollarına qarşı orta hesabla 0,8% ucuzlaşıb, avroya qarşı isə 0,7% bahalaşıb.
Hesabatda qeyd olunub ki, beynəlxalq valyuta bazarlarında dollar avroya nisbətdə orta hesabla 1,5%, türk lirəsinə münasibətdə 2,8%, erməni dramına qarşı 0,8%, rus rubluna qarşı isə 0,1% möhkəmlənib. (Report)