Gürcüstan Milli Bankı son il yarımda ilk dəfə olaraq uçot dərəcəsini 7%-ə qaldırıb.
FED.az xəbər verir ki, sentyabrın 4-də Gürcüstan Milli Bankının Pul kredit siyasəti komitəsi uçot dərəcəmini 6,5%-dən 7%-ə qaldırmaq barədə qərar qəbul edib.
Bankdan verilən açıqlamaya görə, hazırda üşahidə olunan larinin nominal effektiv məzənnəsinin dəfərsizləşməsi prosesi inflyasiya gözləntilərini gücləndirir: «Əvvəlki iclasda qeyd edildiyi kimi belə hallarda komitə monetar siyasəti sərtləşdirməlidir. Buna uyğun olaraq monetar siyasət komitəsi təkrarmaliyyələşmə dərəcəsini 0,5% artırmağı qərara alıb»-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Gürcüstanda uçot dərəcçsi sonunca dəfə 2017-ci ilin dekabrında artırılmışdı. Həmin vaxt dərəcə 7%-dən 7,25%-ə qaldırılmışdı. Amma artıq bu ilin martında uçot dərəcəsi 6,5%-ə endirilmişdi. Komitənin növbəti iclası oktyabrın 23-də keçiriləcək.
Xatırladaq ki, Gyrcüstan milli valyutası - larinin məzənnəsi bu ilin əvvəlində 2,67-2,70 lari/dollar məzənnəsində idi. Sonradan lari ucuzlaşmağa başladı və iyulun 10-da ilk dəfə olaraq dolların məzənnəsi 2,9 larini keçdi. 30 iyulda dollar 2,95 larini keçib və indi də bu məzənnə ətrafındadır. Ümumilikdə ilin əvvəlindən indiyədək, lari dollar qarşısında 10% ucuzlaşıb.