Türkiyənin büdcəsi 2023-cü ilə 32,2 milyard lirə kəsirlə başlayıb.
Türkiyədə səhmlərə dövlət dəstəyi xəbəri ardından - BIST100 KƏSKİN DƏYƏR QAZANDI
FED.az Türkiyə Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, yanvar ayında büdcənin gəlirləri 289,1 milyard TL, xərcləri 321,3 milyard TL, büdcə kəsiri isə 32,2 milyard TL olub.
2022-ci ilin yanvar ayında Türkiyənin büdcəsində 30 milyard 44 milyon TL profisit yaranmışdı.
Yanvar ayında büdcə xərcləri ötən ilin eyni ayı ilə müqayisədə 120,1% artıb.
2023-cü ilin yanvar ayında vergi gəlirləri 2022-ci ilin eyni ayı ilə müqayisədə 71,5% artımla 252 milyard 826 milyon TL təşkil edib. (Marja)