ABŞ-ın "Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanda "Google Pay" sisteminin tətbiqini planlaşdırır.
FED.az xəbər verir ki, bunu "Visa"nın Risklər Departamentinin rəhbəri Larisa Makarova deyib.
"Müstəqil Dövlətlər Birliyi (MBD) məkanını "Google Pay" və "Apple" sistemləri ilə təmin etmək istəyirik.
Hələ ki, Apple MDB ölkələrində iştirakını təsdiqləməyib. Bu məsələnin iyun ayında reallaşması nəzərdə tutulur".