Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “GoldenPay” ASC 2020-ci ili 715 min manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən il “GoldenPay”ın göstərdiyi xidmətlərdən gəlirləri 5,31 milyon manat (əvvəlki ilə nisbətən 31,7% çox), xidmətlərinin maya dəyəri 3,056 milyon manat (37,6% çox), ümumi və inzibati xərcləri 1,093 milyon manat (18,1% az), faiz xərcləri 28,872 min manat (0,4% çox), mənfəət vergisi ödəmələri isə 226 min manat (82,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “GoldenPay”ın aktivləri 3,02 milyon manat olub ki, bu da illik müqayisədə 30,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,3% azalaraq 1,963 milyon manata, balans kapitalı isə 3,1 dəfə artaraq 1,057 milyon manata çatıb. (Report)