“Hazırda kənd təsərrüfatı və tikinti krediti problemli kreditlərdə ən böyük paya sahibdir”.
Eləcə də bax: Taleh Kazımov: "İstehlak kreditlərinin azaldılması siyasəti aparılıb"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, banklar tərəfindən girovsuz böyük məbləğdə kreditlərin verilməsi sonradan problemlər yaradır.
Qeyd edək ki, deputat Rüfət Quliyev müzakirələr zamanı kənd təsərrüfatı sahəsində 50 min manata qədər kreditlərin ayrılmasını təklif edib.