“Müstəqillik əldə edildikdən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1839 mln. manat olmaqla ötən ilə təsadüf edir”.
Fiziki şəxslərin gəlir vergisində nə dəyişib? - Vergi Məcəlləsində yenilik
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalarının artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir: “Son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əməkhaqqı xərcləri demək olar ki, büdcə xərclərinin ümumi artımına uyğun templə gedib.
Qeyd edək ki, dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına birbaşa ayırmalarla yanaşı, əməkhaqqı həcmi də bu fondların gəlirlərinə təsir edir. Belə ki, dövlət büdcəsində əməkhaqqı həcminin artması büdcədə gəlir vergisi üzrə daxilolmaları artırmaqla bərabər, DSMF, İTSF, İSF kimi 3 sosial xarakterli büdcədənkənar dövlət fonduna ödənilən məbləğin də artımına səbəb olub. Yəni əməkhaqqı artımı sosial rifah göstəricisi olmaqla yanaşı, həm də sosial xarakterli büdcədənkənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir. 2024-cü ildə bu 3 fonda dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqları hesabına 1895,2 mln. manat vəsait yönəldilib. Bu isə dövlət fondlarının gəlirlərinin büdcə sektorundakı əməkhaqqı səviyyəsindən asılılığını göstərir. Yəni büdcə sektorunda əməkhaqqı üzrə artım sosial fondlara töhfə verir. Əməkhaqqı xərcləri sadəcə sosial göstərici deyil, həm də dövlət maliyyəsinin mühüm balanslaşdırıcı komponentidir”.