2025-ci ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə ayrılacaq vəsait məlum olub.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı büdcə parametrlərinə əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası məqsədilə 4 milyard manat vəsait sərf ediləcək.
Layihəyə əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədənitarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulub.