Azərbaycanda I Qarabağ Müharibəsi zamanı xəsarət almış, lakin sığorta ödənişini almamış hərbi qulluqçulara və onların varislərinə kompensasiya ödənişi gələn il də davam etdiriləcək.
Eləcə də bax: Azərbaycanın dövlət büdcəsində cari xərclər artırılır - Əsaslı Xərclər Azaldılır
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il bu məqsədlə büdcədən 67 milyon manat ayrılacaq.