2025-ci ildə ümumilikdə dövlət borcuna 2.5 milyard manatdan çox vəsaitin yönəldilməsi gözlənilir.
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, 2025-ci ildə dövlət borcuna xidmət xərcləri 2 milyard 568,9 milyon manat olmaqla xarici dövlət borcu üzrə 1 milyard 718,8 milyon manat, daxili dövlət borcuna xidmət xərcləri isə 850,1 milyon manat təşkil etməsi gözlənilir.