İyuldan etibarən "Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.
Eləcə də bax: Azərbaycanda “Google Pay” və “Samsung Pay” - Ödəniş Sistemləri İşləyəcək
FED.az xəbər verir ki, bunu Azərbaycan bank sektorundakı mənbə bildirib.
Məlumata görə, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb:
"Aprel ayında bununla bağlı "Google" ilə razılığa gəldik. Həmçinin "Visa" və "MasterCard" beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında "Google Pay" Azərbaycanda aktivləşəcək. Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses 1 ay yubana bilər. Amma avqustdan o tərəfə keçməycək və biz bu yay "Google Pay"dən yararlana biləcəyik".
Mənbənin sözlərinə görə, "Samsung Pay" və "Pay Pal" kimi ödəmə playformalarının tezliklə aktivləşməsi planda yoxdur.
Qeyd edək ki, "Google Pay" 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır. (Report)