Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun noyabrın 9-dan qüvvəyə minəcək.
Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşir - MƏBLƏĞ
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov deyib.
O bildirib ki, daha sonra 6 ay ərzində sektorda şirkətlərin lisenziyalaşdırılması prosesi gedəcək.
"Qanunda fintex sektorunun inkişafı ilə bağlı bir neçə əhəmiyyətli addım öz əksini tapıb. Bunlardan biri də açıq bankçılıqdır. "Sand box" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib, təşkilatlara fəaliyyətə başladıqdan sonra Azərbaycan Mərkəzi Bankının nəzarəti altında qanunvericilikdə olmayan xidmətləri göstərmək imkanı yaradacaq", - deyə Ruslan Talıbov əlavə edib. (Apa)