Prezident İlham Əliyev 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi” qaydasında dəyişiklik edib.
Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi - QAYDASI
FED.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycanda 90 gündən çox gecikən krediti restrukturizasiya edilmiş sahibkarlara faiz subsidiyasının ödənişi dayandırılmayacaq.