Fransada keçirilən son seçkilər avronun dəyərinə təsir edərək siyasi mənzərəni kəskin şəkildə dəyişdirdi.
"Çinə Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək daha sərfəlidir"
FED.az xəbər verir ki, seçkilərin nəticələri dərhal iqtisadi nəticələrə səbəb oldu. Avro funt sterlinqə qarşı 0,1% ucuzlaşaraq 84,5 pensə, dollara nisbətdə isə 0,4% ucuzlaşıb.
Bu reaksiya Fransanın siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənliklərdən, xüsusən də mümkün koalisiya hökuməti perspektivindən irəli gəlir.
İnvestorlar Fransada Le Penin “Milli Birlik”inin hakimiyyətə gəlməsi perspektivindən narahat idilər, lakin solçu “Yeni Xalq Cəbhəsi”nin qələbəsi onların ən böyük qorxusu idi. Çünki “Yeni Xalq Cəbhəsi” ölkənin yüksək borc yükü şəraitində büdcə xərclərini genişləndirməyi vəd edib.