Fransada bir nəfər 25 milyon avro udub.
FED.az xəbər verir ki, Euromillions loto oyununun martın 7-də keçirilən ikinci tirajında 25 milyon avro udan şəxsin kimliyi hələlik məlum deyil.
Onun udduğu 25 milyona sahib çıxması üçün 60 gün vaxtı var.
2004-cü ildə yaradılmış Euromillions loto oyunu Avropanın 9 ölkəsini - Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, Avstriya, İsveç və Lüksümburqu əhatə edir. Ən çox udan bu günədək 2014-cü ildə bir portuqaliyalı və 2012-ci ildə ingilis cütlük olub. Onlar 190 milyon qazanıblar.
Eləcə də bax: 10 manatdan çox lotereya uduşlarından vergi tutulacaq - YENİLİK