Parisdə yaşayan 76 nəfər diskriminasiya iddiası ilə məhkəməyə müraciət edib.
Eləcə də bax: Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə - HƏBS QOYUB
FED.az xəbər verir ki, iddiaçılar Fransa banklarının onların hesablarını bloklamasından narazıdırlar.
Müraciət edənlərin hamısı rus əsilli Fransa vətəndaşları və Fransada daimi yaşayan ruslardır. İddia ərizəsində göstərilir ki, Ukrayna münaqişəsi başlayandan sonra Fransa bankları onların hesablarını bloklayıb. Halbuki onların heç biri Aİ-nin siyahısında yer almır. Banklar slavyan mənşəli ad və soyadı olanların hesablarına məhdudiyyət tətbiq edib. (Apa)