Hesablama Palatası Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinə dair auditin nəticələrini müzakirə edib. FED.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
“Hesablama Palatasının Kollegiya iclasında “Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri müzakirə olunub”, - Palatadan qeyd ediblər.
Bundan əlavə, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmaların və xərclərin icrası, o cümlədən, dövlət borcunun formalaşması və ona xidmət edilməsinə dair auditin nəticələrini təsdiq edib
Bütün audit nəticələri Milli Məclisə təqdim olunacaq.
Eyni zamanda, Hesablama Palatası qeyd olunan yoxlamar üzrə hər hansı pozuntuların aşkar olunub olunmadığı barədə məlumat vermir.